Kanada – Bosniya və Herseqovina oyununun ən yaxşı futbolçusu açıqlandı
Futbol üzrə dünya çempionatında Kanada və Bosniya və Herseqovina yığmaları arasında keçirilən B qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Aut.az xəbər verir ki, kanadalıların heyətində İsmael Kone oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, Kanada – Bosniya və Herseqovina oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
