Dünya cempionatı

Portuqaliya millisinin oyunundan əvvəl faciə: Öldü…

Portuqaliyada keçirilən yoldaşlıq oyununda ev sahibi komanda Nigeriya millisini 2:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, “Globo” nəşrinin məlumatına görə, qarşılaşma başlamazdan əvvəl stadionda olan azarkeşlərdən biri ürəktutması keçirib.

77 yaşlı kişi dərhal stadiondan xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faciəvi hadisədən sonra Portuqaliya Futbol Federasiyası mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Aut.az