Basketbol

Litva basketbolunun əfsanəsi öldü

“Jalgiris” və SSRİ yığmasının keçmiş məşqçisi Vladas Qarastas 94 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Litva komandasının mətbuat xidməti məlumat yayıb.

Qarastas 1979-cu ildən 1989-cu ilə qədər “Jalgiris”də çalışması ilə tanınır və klubu üç dəfə SSRİ çempionluğuna çatdırıb.

Basketbol üzrə SSRİ milli komandasının baş məşqçisi kimi Qarastas 1990-cı il Dünya Çempionatında gümüş, 1989-cu il Avropa çempionatında isə bürünc medal qazanıb.

SSRİ-nin dağılmasından sonra Qarastas Litva milli komandasına rəhbərlik etmiş, 1992 və 1996-cı illərdə Olimpiya Oyunlarında iki bürünc medal, eləcə də 1995-ci il Avropa Çempionatında gümüş medal qazanmışdır.

Aut.az