Azarkeşlərdən Ukraynaya dəstək, Putin haqda mahnını belə oxudular – VİDEO
Baltik Kubokunda Litva və Latviya arasında keçirilən yarımfinal matçı meydandakı hadisələr deyil, həm də tribunalardakı atmosferlə gündəmə gəlib.
Aut.az xəbər verir ki, hər iki komandanın azarkeşləri bir daha Ukraynaya dəstəklərini nümayiş etdiriblər. Matç zamanı tribunalarda Ukrayna bayraqları və üzərində “FCK PTN” yazısı olan bannerlər görünb. Bu bayraqlar uzun müddətdir Rusiya təcavüzünə qarşı mübarizədə ukraynalılarla həmrəylik simvoluna çevrilib.
Lakin ən böyük rezonansa səbəb olan başqa bir epizoddur.
Litva və Latviya azarkeşləri Rusiya prezidenti Vladimir Putin haqqında məşhur mahnını birlikdə ifa ediblər. Bu mahnı tammiqyaslı işğalın başlanğıcından bəri Ukraynanın hüdudlarından kənarda da məşhurlaşıb.
Aut.az
