Az qalır ağlasın – “Milan”ın bu gününə
“Milan”ın keçmiş idman direktoru Ariedo Braida klubdakı hazırkı vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, jurnalist Nikolo Şira Braidanın sözlərini sitat gətirib:
“Milan”ın nəyə çevrildiyini görəndə az qala ağlayıram. Tarixi unutmamalıyıq: onsuz gələcək yoxdur. Keçmişi silmək olmaz, amma o, səni yenidən böyüklüyə qaytaracaq. Klub kimlik böhranı yaşayır: Artıq Berluskoni və Qalliani kimi əsas fiqurların rəhbərlik etdiyi həmin “Milan”ı görmürəm”.
“Milan” 70 xal toplayaraq mövsümü beşinci yerdə bitirib.
Aut.az
