Digər

Azərbaycan yığması “Davis Cup”da iştirak edəcək

Azərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək.

Aut.az xəbər verir ki, Komanda yarışda iştirak etmək məqsədilə Moldovaya yola düşüb. ATF-nin vitse-prezidenti Orxan Manaflı və koordinatoru Yalçın Manaflının rəhbərliyi altında turnirdə ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcəklər.

Tennisçilər “Davis Cup”ın 3-cü qrupunda mübarizə aparacaqlar. Yarış iyunun 10–13-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək.