Azərbaycan millisi Dünya Çempionatına qələbə ilə başladı
Bakı şəhərində keçirilən Çövkən üzrə 2-ci Dünya Çempionatının ilk oyununda Azərbaycan və Özbəkistan milli komandaları qarşılaşıb.
Aut.az xəbər verir ki, Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə Azərbaycan millisi rəqibi üzərində üstünlük nümayiş etdirərək 4:2 hesabı ilə qalib gəlib.
Beləliklə, Azərbaycan millisi Çövkən üzrə 2-ci Dünya Çempionatına uğurlu start verib və turnirdə ilk qələbəsini qazanıb.
