Almaniya

“Bavariya”da bu ulduzla bağlı qərar yekdilliklə qəbul edildi

“Bavariya”nın rəhbərləri Uli Höness , Karl-Haynts Rummenigge, Herbert Hayner, Yan-Kristian Drizen, eləcə də idman direktorları Maks Eberl və Kristof Freund yekdilliklə cinah oyunçusu Maykl Olişenin satılmaması ilə razılaşıblar .

Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Mənbənin məlumatına görə, alman nəhənginin rəhbərliyi fransız cinah oyunçusunu klubda saxlamaq niyyətindədir.

Xatırladaq ki, “Real Madrid”in prezidenti Florentino Peres bundan əvvəl gələn çərşənbə axşamı adı açıqlanmayan oyunçu üçün 150 milyon avroluq transfer təklifi verəcəyini bildirmişdi. Daha sonra AS nəşri sözügedən oyunçunun Olise olduğunu bildirmişdi, baxmayaraq ki, “Real Madrid” rəhbərliyi bunu təkzib etmişdi.

Aut.az