Dünya cempionatı

Putin DÇ-2026-ya gedəcək?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Dünya Kuboku oyunlarına qatılmayacağını bildirib.

Aut.az xəbər verir ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Oval kabinetdə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putini Dünya Kubokuna dəvət edə biləcəyini bildirmişdi.

“RİA Novosti” Peskovun sözlərini sitat gətirib: “Putin getməyəcək”.

DÇ-2026 11 iyunda başlayacaq və 19 iyula qədər ABŞ, Kanada və Meksikada davam edəcək.

Aut.az