Superkompüter DÇ-2026-nın 10 favoritini müəyyənləşdirdi
“Opta” superkompüteri milli komandaların DÇ-2026-nı qazanmaq şanslarını qiymətləndirib.
Aut.az xəbər verir ki, superkompüterin versiyasına görə, İspaniya millisinin qarşıdan gələn turniri qazanmaq ehtimalı ən yüksəkdir – 16,1%. Fransa ikinci (13%), İngiltərə isə üçüncüdür (11,2%).
Dünya Çempionatında qalib gəlmək üçün 10 favorit:
- İspaniya – 16.1%.
- Fransa – 13%.
- İngiltərə – 11.2%.
- Argentina – 10.4%.
- Portuqaliya – 7%.
- Braziliya – 6.6%.
- Almaniya – 5.1%.
- Niderland – 3.6%.
- Norveç – 3.5%.
- Belçika – 2.4%.
Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.
Aut.az
