“Sabah”ın futbolçusu dünya çempionatına aparılmadı
Özbəkistan millisinin ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026 üçün yekun heyəti açıqlanıb.
Aut.az xəbər verir ki, italiyalı baş məşqçi Fabio Kannavaro yekun heyətə 26 futbolçu daxil edib.
“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev yekun heyətə cəlb edilməyib və dünya çempionatında oynamayacağı dəqiqləşib.
