DÇ-2026-da iştirak edəcək ən yaşlı və ən gənc futbolçu bəlli oldu
2 iyun tarixində FİFA DÇ-2026-da iştirak edəcək bütün komandaların yekun siyahısını dərc edib.
Aut.az xəbər verir ki, DÇ-də iştirak edəcək ən yaşlı futbolçu şotlandiya qapıçısı Kreyq Qordon (43 yaş 162 günlük), ən gənc futbolçu isə Meksikanın hücumameylli yarımmüdafiəçisi Gilberto Moradır (17 yaş 240 günlük).
Qeyd etmək lazımdır ki, klub səviyyəsində Qordon “Hearts”da, Mora isə “Tihuana”da oynayır.
FİFA-nın mətbuat açıqlamasına görə , turnirin əvvəlində 20 yaşdan kiçik 22 və 40 yaşdan yuxarı 7 oyunçu DŞ-də meydana çıxa bilər.
Aut.az
