De Xea bu nəhəngin hədəfindədir
İspan qapıçı David de Xea “Fiorentina”dan Turinin “Yuventus” klubuna keçə bilər.
Aut.az xəbər verir ki, Goal.com saytının məlumatına görə,Turin klubu əvvəllər qapını “Liverpul”un oyunçusu Alisson Bekkerlə gücləndirməyi düşünürdü, lakin mersisaydlılar ondan ayrılmaq istəmirlər.
“Yuve” böyük turnirlərdə təcrübəsi olan qapıçı ilə müqavilə imzalamağa ümid edir və De Xea məhz bu seçimdir.
David de Xea ötən mövsüm 46 matçda 13 dəfə qapısını toxunulmaz saxlayıb. “Transfermarkt”a görə, onun hazırkı bazar dəyəri 3,5 milyon avrodur. Onun “Fiorentina” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Aut.az
