Peres ÇL-in finalında Çeferinlə görüşdü: “Barsa”nı “baqaja” qoydu
30 may şənbə günü Çempionlar Liqası finalının keçirildiyi “Puşkaş Arena”da VİP lojada “Real Madrid”in prezidenti Florentino Peres ilə UEFA prezidenti Aleksander Çeferin arasında görüş keçirilib.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin məlumatına görə, Peres Çeferinə hakim səhvləri ilə bağlı 500 səhifəlik hesabat göndəriləcəyi barədə xəbərdarlıq edib. Bu hesabatı “Real” 3 il ərzində hazırlayıb.
Qeyd edək ki, 28 may, cümə axşamı günü “Real Madrid” prezidenti müsahibəsində Çempionlar Liqasının finalında “Barselona”dan rüşvət almaqda şübhəli bilinən Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Neqreyranın işi ilə bağlı materialları Çeferinə təhvil verəcəyini açıqlamışdı.
Aut.az
