UEFA-dan cəza – “Turan Tovuz”un yerinə avrokuboklara “Zirə” gedəcək?
Azərbaycan Premyer Liqasında başa çatan mövsümü üçüncü piillədə yekunlaşdıran “Turan Tovuz” avrokuboklara vəsiqə qazansa da, bu hüquqdan məhrum edilə bilər.
Aut.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi özəl məlumata görə, UEFA Konfrans Liqasına Tovuz təmsilçisinin yerinə, “Zirə”nin yollanmaq ehtimalı yaranıb.
Məsələnin detalları tezliklə açıqlanacaq. Bununla bağlı UEFA-nın artıq qərar verdiyi, problemin Tovuz klubunun keçmişdə yaşadığı problemlərlə əlaqədar olduğu bildirilir.
Qeyd edək ki, “Turan Tovuz”un 32 il sonra qitə turnirlərində iştirak etmək hüququ yaranmışdı.
