“Liverpul” fikrini dəyişdi: Ulduz futbolçunu göndərmək istəmirlər
“Liverpul”da qapıçı Alisson Bekkerə gələn mövsüm də komandada qalmasının və klubun heyətində çıxışını davam etdirməsinin istənildiyi bildirilib.
Aut.az xəbər verir ki, insayder Fabrisio Romanonun məlumatına görə, bu plan hələ ötən həftə təsdiqlənib. Çünki “qırmızılar” yay transfer dönəmində komandanın daha bir təcrübəli və əsas futbolçusunu itirmək istəmir.
33 yaşlı qolkiperin “Yuventus”a keçidə razılıq verdiyi barədə xəbərlər yayılıb.
Ötən mövsüm Alisson Bekker “Liverpul”un heyətində bütün turnirlərdə 35 oyun keçirib. O, həmin matçların 13-də qapısını toxunulmaz saxlayıb.
Aut.az
