“Şimal” 1-ci Liqada qaldı
“Şimal” komandası 2026/2027 mövsümündə də futbol üzrə Azərbaycan I Liqasında çıxış edəcək.
Aut.az xəbər verir ki, Xaçmaz təmsilçisi buna çempionata vəsiqə uğrunda pley-off oyununda “Qaradağ Lökbatan”a qalib gəlməklə nail olub.
Azərbaycan I Liqası
Pley-off oyunu
27 may
“Şimal” – “Qaradağ Lökbatan” 2:1
Qollar: Rüstəm Hümbətov, 85. Rəvan Abasov, 90+3 – Rövşən Şahmuradov, 75
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev, Şirmamed Mamedov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu.
