Azərbaycan futbolu

“Qarabağ” 8 min manat cərimə olundu

AFFA Azərbaycan Premyer Liqasının 33-cü turundan sonra üç klubu cərimələyib.

Aut.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 2 min 500 manat cərimə edilib.

Eyni matçda “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün “Qarabağ” klubu 8 min manat cərimə olunub.

Mayın 23-də baş tutan “Kəpəz” – “Neftçi” qarşılaşmasında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Həmin oyunun 65-ci dəqiqəsində “Neftçi”nin futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunu şərti olmaqla 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən, “Neftçi”m 1 min manat cərimə edilib və sınaq müddəti 6 ay təyin olunub.