Digər

BOK-un tövsiyəsinə məhəl qoyulmadı: Bu təşkilat Belarusa “yox” dedi

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) Belarus idmançılarına qarşı sanksiyaları ləğv etməkdən və onların beynəlxalq yarışlarda iştirakına icazə verməkdən imtina edib.

Aut.az xəbər verir ki, daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2022-ci ildə Belarus idmançılarına qarşı siyasi səbəblərə görə tətbiq edilən bütün sanksiyaların ləğvini tövsiyə etmişdi.

“BOK-un Belarusa qarşı sanksiyaların tətbiqi Dünya Atletika Şurasının 2022-ci ilin mart ayında qəbul etdiyi qərardan fərqlənirdi. BOK sonradan sanksiyalarını ləğv etsə də, onun tədbirləri Dünya Atletika Şurası tərəfindən tətbiq edilən tədbirlərlə eyni deyildi.

Bir çox beynəlxalq federasiya tövsiyəyə əməl edərək 2022-ci ildə Belarusa qarşı sanksiyalar tətbiq etdi və indi mövqelərini BOK-un yenilənmiş mövqeyi ilə uyğunlaşdırır.

Dünya Atletikası fərqli bir yanaşma tətbiq edib. Şura məsələni müstəqil şəkildə nəzərdən keçirdi, sanksiyalarla razılaşdı və bu qərarın səbəblərini o zaman ictimaiyyətə çatdırdı”, – deyə Dünya Atletikasının baş direktoru Sebastian Koe bildirib.

Aut.az