İngiltərə

Ferqyuson Qvardiolaya mesaj göndərib: biz səs-küylü qonşu yox…

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlamasında bildirib ki, “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson mövsümün sonunda klubdan ayrıldığını eşidəndə ona mesaj göndərib.

Aut.az xəbər verir ki, Qvardiola mətbuat konfransında bildirib:

“Aldığım ən böyük təriflərdən biri iki gün əvvəl Ser Aleks Ferqyusondan gələn mesaj idi.

O, bu ölkədə ən böyükdür: onun təsiri, “Mançester Yunayted”dəki dönəm və bir çox başqa səbəblər…

Əminəm ki, Ser Aleks üçün biz “səs-küylü qonşular” deyilik, sadəcə “qonşularıq”. Və şadam ki, o, bizi izləyirdi”.

Aut.az