Ruslar icazə verdi: Azərbaycan millisində çıxış edəcək
Rusiyalı iki fiqurlu konkisürənə digər ölkələrin milli komandalarında çıxış etməyə icazə verilib.
Aut.az xəbər verir ki, müvafiq qərar cümə axşamı Rusiya Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Veronika Jilina Azərbaycan millisində, Kira Trofimova isə Belarus yığmasında çıxış etmək üçün rəsmi razılıq alıb.
“RIA Novosti”nin məlumatına görə, idmançılar Beynəlxalq Konkisürmə İttifaqında (ISU) xüsusi sənədləşmə prosesi tamamlandıqdan sonra yeni komandalarını beynəlxalq yarışlarda təmsil edə biləcəklər.
18 yaşlı Jilina və 16 yaşlı Trofimova Yevgeni Plyuşenkonun akademiyasında məşq keçirlər. Jilina 2023/24 mövsümündən, Trofimova isə 2025-ci ildən bəri yarışlarda iştirak etmir.
