Avropa Liqasında final günü
Bu gün UEFA Avropa Liqasının qalibi məlum olacaq.
Aut.az xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gələcək. İstanbulda baş tutacaq oyuna saat 23:00-da start veriləcək.
Hər iki klub buna qədər Avropa Liqasını qazanmayıb.
Avropa Liqası
Final
20 may
23:00 Frayburq (Almaniya) – Aston Villa (İngiltərə)
