Fransalı vinger “Qarabağ”da – Rəsmi
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, “atlılar” Kiprin “Omoniya” klubundan ayrılan Jali Muaddibi transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fransalı vingerlə razılaşmanın detalları açıqlanmayıb.
Muaddib bu mövsüm “Omoniya”da 29 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.
