İspaniya

“Real”ın kapitanı o olmalıdır – Kanisares kimi deyir?

İspaniya millisinin keçmiş qapıçısı Santyaqo Kanisares hesab edir ki, qapıçı Tibo Kurtua “Real Madrid”in kapitanı təyin olunmalıdır.

Aut.az xəbər verir ki, Kanisares İspaniya mətbuatına açıqlamasında deyib:

“Düşünürəm ki, Mbappeyə bir sıra məhdudiyyətlər, tələblər və öhdəliklərlə daha bir şans verilməlidir.

Məncə, Kurtua kapitan seçilməlidir, çünki o, hazırda komandanın ən balanslı və peşəkar oyunçusudur. Hər ikisi eyni ildə “Real Madrid”ə gəlsələr də, o, artıq Vinisiusdan əvvəl üçüncü kapitan seçilmək hüququ qazanıb.

Klub yeni daxili iyerarxiyaya əsaslanan komanda qurmağa başlamalıdır”.

Aut.az