Dünya futboluİspaniya

Levandovski qərarsızdır: 90 milyonluq təklifə cavab verməyib

“Barselona”nın hücumçusu Robert Levandovski hələ də “Əl-Hilal”la potensial transferlə bağlı razılığa gələ bilməyib.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbənin məlumatına görə, polşalı hücumçu karyerasını davam etdirmək üçün bir neçə variantı nəzərdən keçirir. Səudiyyə Ərəbistanı Pro Liqası və MLS klubları 37 yaşlı hücumçu ilə maraqlanıblar. Lakin o, hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib.

Həmçinin bildirilir ki, “Barselona” ilə Levandovski arasında yeni müqavilə ilə bağlı danışıqlar müvəqqəti olaraq dayandırılıb.

Polşalı hücumçu bu mövsüm 44 oyunda iştirak edib, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.

Daha əvvəl “Əl-Hilal”ın Levandovskiyə ildə 90 milyon avro maaşla müqavilə təklif etdiyi bildirilmişdi.

Aut.az