İngiltərə Superkubokunun iştirakçıları müəyyənləşdi: Yenə onlar qarşılaşacaq
İngiltərə Kubokunun finalında “Mançester Siti” “Çelsi”ni 1:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra 2026-cı il İngiltərə Superkubokunda qarşılaşacaq komandalar müəyyənləşib.
Aut.az xəbər verir ki, trofey uğrunda “Siti” ilə “Arsenal” üz-üzə gələcək. Qarşılaşma avqustun 16-da “Millennium” stadionunda keçiriləcək.
Qaydalara əsasən, superkubok matçında İngiltərə Premyer Liqası çempionu ilə İngiltərə Kubokunun qalibi qarşılaşır. Əgər hər iki titulu eyni komanda qazanarsa, onun rəqibi Premyer Liqada ikinci yeri tutan klub olur.
Bu mövsüm kuboku qazanan “Mançester Siti”nin Premyer Liqada ilk iki pilləni “Arsenal” bölüşdürüləcəyi dəqiqləşdiyi üçün Superkubokda bu iki komanda qarşılaşacaq.
Hazırkı superkubokun sahibi “Kristal Pelas”dır. Komanda ötən ilin avqustunda keçirilən oyunda “Liverpul”la 2:2 hesablı heç-heçədən sonra penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəlib.
Turnirin ən titullu klubu isə 21 zəfərlə “Mançester Yunayted”dir. “Arsenal”ın 17, “Mançester Siti”nin isə 7 Superkubok qələbəsi var.
Aut.az
