“Yuventus” ulduz futbolçuya görə “Liverpul”a təklif göndərəcək
“Yuventus” “Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker üçün ilk rəsmi təklifi hazırlayır.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, Alissonun “Yuve”yə keçidi ilə bağlı danışıqlar aparılır və komandanın baş məşqçisi Luçano Spaletti braziliyalı qolkiperin transferində israrlıdır.
Futbolçu üçün 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə hazırlanıb. Sazişə əsasən, Alissonun illik maaşı 5 milyon avro olacaq.
Məlumata görə, 33 yaşlı qapıçı da Turin klubuna keçid variantına müsbət yanaşır. “Yuventus”un yaxın həftələrdə Liverpula ilk rəsmi təklifini göndərəcəyi gözlənilir.
Alisson cari mövsümdə İngiltərə Premyer Liqasıdə 25 matçda meydana çıxıb. O, həmçinin UEFA Çempionlar Liqasında 6 oyunda forma geyinib.
Aut.az
