Peres haqqında yayılan xəbərə qəzəbləndi: Getməyimi istəyirsiniz?
“Real”ın prezidenti Florentino Perez mediada onun xərçəng xəstəliyinə tutulması ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Aut.az xəbər verir ki, ispaniyalı funksioner bu məlumatları tamamilə yalan adlandırıb.
“Real”a və şəxsən mənə qarşı tamamilə absurddan ibarət kampaniya başladılıb. Komanda həmişə qalib gələ bilməz, amma tənqidçilərimiz bunu qəbul etmirlər. Onlar mövcud vəziyyətdən istifadə edib mənə hücum edirlər. Mən susduğum üçün soruşurlar: “Florentino haradadır?” Bəziləri hətta mənim ağır xəstə olduğumu, xərçəngin son mərhələsində olduğumu yazır.
Məndən səmimi narahat olanlara demək istəyirəm ki, həm futbol klubuna, həm də illik dövriyyəsi 50 milyard avro olan tikinti şirkətimə rəhbərlik etməyə davam edirəm. Sağlamlığım ideal vəziyyətdədir. Əgər mənə həqiqətən xərçəng diaqnozu qoyulsaydı, indi onkologiya mərkəzində olardım və bu xəbər bütün dünyaya yayılmış olardı. Bunların hamısı həyasız yalandır. Mənə deyirlər ki, guya son mərhələdə xərçəngəm, amma özümün bundan xəbərim yoxdur. Niyə məni vaxtından əvvəl “dəfn etmək” istəyirlər?
Dostlarımdan biri zəng edib dedi ki, Çində xərçəngin son mərhələsinin müalicəsi üçün ən yaxşı yer tapıb. Mən də ona dedim: “Get işinlə məşğul ol”. Bu nə deməkdir axı? İnsanlar mənim xəstə olduğumu, getmək istədiyimi deyirlər. Getməyimi istəyirsiniz? Əla. Seçki elan edəcəyəm və görək kim məni məğlub edə biləcək”
