Qaydasız döyüş

Striklend Həmzəti məğlub etdi

Mayın 10-da ABŞ-ın Nyuark şəhərində UFC 328 turniri keçirilib.

Aut.az xəbər verir ki, əsas qarşılaşma BƏƏ təmsilçisi Həmzət Çimayev və amerikalı Şon Striklend arasında orta çəkidə titul uğrunda döyüş idi .

Döyüş beş raund davam edib və hakimlərin qərarı ilə Striklendin qələbəsi ilə başa çatıb.

Çimayevin hazırda 16 MMA döyüşü var – 15 qələbə və bir məğlubiyyət. Striklendin 31 qələbəsi və 7 məğlubiyyəti var. Həmzət peşəkar karyerasında ilk məğlubiyyətini alıb.

Aut.az