FİFA qaydaları dəyişir: Günahını etiraf edənlərin cəzası…
FİFA Dünya Kuboku öncəsi intizam qaydalarını dəyişdirmək istəyir.
Aut.az xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, indi irqçi və ya ayrı-seçkilik xarakterli davranışı etiraf edən oyunçu və ya rəsmi şəxsin cəzası yarıya endiriləcək.
Bu addım həmin şəxsləri hərəkətlərinə görə məsuliyyət daşımağa təşviq etmək məqsədi daşıyır.
FİFA-nın yeni intizam kodeksində deyilir ki, əgər cəza yarıya endirilərsə, oyunçu və ya rəsmi şəxs təhsil proqramlarında iştirak etməlidir.
Aut.az
