Basketbol

Kliçkonun oğlu ABŞ-da oynayacaq

“Monako”nun və Ukrayna millisinin basketbolçusu Maksim Kliçko Şərqi Karolina Universitetində oynamaq qərarına gəlib.

Aut.az xəbər verir ki, o, bu barədə  sosial media hesabında məlumat verib.

Vitali Kliçkonun 21 yaşlı oğlu 2025/26-cı il Fransa Gənclər Çempionatında oyun başına orta hesabla 14,9 xal və 7,9 ribaund göstərib. O, həmçinin “Monako”nun böyüklər komandasında debüt edib və beş oyunda meydana çıxıb.

Şərqi Karolina Amerika Konfransında oynayır. Ötən mövsüm komanda 31 oyundan 11-də qalib gəlib.

Aleksandr Proşutanın sözlərinə görə , Maksimə daha nüfuzlu kolleclərdən bir neçə təklif gəlib. Lakin o, dərhal əhəmiyyətli oyun vaxtı qazanmaq və tədricən inkişaf etməyə davam etmək üçün daha təvazökar birini seçib.

Aut.az