Azərbaycan futbolu

“Turan Tovuz” 700 manat cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Aut.az xəbər verir ki, toplantıda “Turan Tovuz” klubu 700 manat cərimələnib. Tovuz təmsilçisi “Zirə” ilə yarımfinal matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün bu qərarla üzləşib.

“Turan Tovuz” – “Zirə” oyunu 1:1 hesabıyla başa çatıb. “Zirə” iki oyunun nəticəsinə görə (ilk oyun 2:0) finala yüksəlib.