“Barsa”nın qapıçısı La Liqa klubuna “yox” dedi
“Barselona”nın polşalı qapıçısı Voytsex Şensnı klubundan ayrılmaqdan imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbələrin məlumatına görə, adı açıqlanmayan La Liqa klubu bu yaxınlarda Şensnıya transfer təklifi ilə müraciət edib, lakin 36 yaşlı polşalı qapıçı bunu rədd edib. O, “Barselona”nın ikinci qapıçısı statusundan razıdır və hazırkı müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Xatırladaq ki, Şensnı 2024-cü ilin oktyabrında “Barselona”ya keçərək karyerasını davam etdirməyə razılıq vermişdi. Ötən yay polşalı futbolçu kataloniyalılarla müqaviləsini 2027-ci ilin yayına qədər uzatmışdı. Bu mövsüm o, “Barselona”nın heyətində bütün yarışlarda 10 oyunda iştirak edib, 17 qol buraxıb.
Aut.az
