Yeni reytinq açıqlandı: Usik zirvəni ona verdi
“The Ring” jurnalı çəkidən asılı olmayaraq (P4P) ən yaxşı boksçuların yenilənmiş reytinqini açıqlayıb.
Aut.az xəbər verir ki, yeni siyahıda birinci pilləyə Naoya İnoue yüksəlib. O, Junto Nakatani üzərində qələbə qazanaraq zirvəyə çıxıb.
Yaponiyalı boksçu bununla ukraynalı Aleksandr Usiki liderlikdən kənarlaşdırıb. Üçüncü yeri isə amerikalı Şakur Stevenson tutur.
Aut.az
