Bernardo Silva “Siti”nin tarixinə düşdü: İkinci futbolçudur ki…
İngiltərə Premyer Liqasının 35-ci turunda “Mançester Siti” “Everton”la 3:3 hesablı heç-heçə edib.
Aut.az xəbər verir ki, “şəhərlilər”in heyətində Bernardo Silva da meydana çıxıb. Bu oyun onun “Siti” forması ilə Premyer Liqada 300-cü matçı olub. Portuqaliyalı futbolçu bununla klub tarixində bu göstəriciyə çatan ikinci oyunçuya çevrilib.
İlk pillədə 309 oyunla David Silva yer alır.
Qeyd edək ki, Bernardo Silvanın “Mançester Siti” ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, yeni sözləşmə imzalamayacağını və komandanı tərk edəcəyini rəsmən açıqlayıb.
Aut.az
