Ruslara görə ara qarışdı: Qərarın təxirə salınması tələb edilir
Avropa Su İdmanı Federasiyası (European Aquatics) Dünya, Su İdmanı Federasiyasına (World Aquatics” müraciət edərək Ukraynanın tammiqyaslı işğalı ilə əlaqədar Rusiya və Belarusa qarşı tətbiq edilən bütün sanksiyaların ləğvini təxirə salmağı xahiş edib.
Aut.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
atırladaq ki, bu il aprelin 13-də Dünya Su İdmanı Federasiyası rusiyalıların və belarusluların beynəlxalq su idmanı yarışlarına buraxılmasına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.
Bu qərar əks-səda doğurdu. Polşa rusiyalıları və belarusluları 2027-ci il Avropa Çempionatından kənarlaşdıracağını açıqladı və Skandinaviya ölkələri turnirlərə ev sahibliyi etməkdən imtina edərək etiraz etdilər.
İndi isə Avropa Su İdmanı Federasiyası Dünya Su İdmanı Federasiyasının 13 aprel tarixli qərarının 1 sentyabr tarixinə qədər təxirə salınmasını tələb edir. O vaxta qədər Rusiya və Belarus idmançıları əvvəlki şərtlər altında – neytral idmançılar kimi Avropa Su İdmanı Federasiyasının himayəsi altında yarışa biləcəklər.
Aut.az
