Mourinyo bağlanmış səhifədir: Valdano “Real”a kimi tövsiyə edir?
“Real Madrid” in keçmiş hücumçusu və məşqçisi Xorxe Valdano Maurisio Poçettinonun Madrid klubunun məşqçisi vəzifəsinə uyğun namizəd olduğunu düşünür.
Argentinalı hazırda ABŞ millisinə rəhbərlik edir .
Aut.az xəbər verir ki, Valdano bu barədə İspaniya mətbuatına danışıb.
“O, iki dəfə “Real Madrid”ə təyin olunmağa çox yaxın olan məşqçidir. B, onun profilinin klub daxilində yaxşı tanındığı anlamına gəlir”.
Argentina millisində çalışan Lionel Skaloni haqqında:
“O, dünya çempionudur və heç kim onun bacarıqlarına şübhə etmir, amma klub təcrübəsi yoxdur. “Real Madrid”də ilk klub təcrübəsi olacağını düşünmək risklidir”.
Joze Mourinyo haqqında:
“Mourinyo artıq klubun tarixində bağlanmış səhifədir”.
Aut.az
