Dünya futbolu

Əfsanəvi ukraynalı futbolçu rusları “əclaf” adlandırdı

Kiyev “Dinamo”sunun və sabiq SSRİ millisinin əfsanəsi Aleksey Mixayliçenko bu yaxınlarda verdiyi müsahibədə ingilisləri və rusları müqayisə edərək təhqiramiz ifadə işlədib.

Aut.az xəbər verir ki, müsahib idmançıdan İngiltərə və Şotlandiyadan olan azarkeşlər haqqında nə düşündüyünü soruşub.

“Onlar (şotlandlar) bizimkilərə bənzəyirlər. Əslində, şotlandlar mənə ukraynalıları xatırladır. İngilislər daha təkəbbürlü və eqoistdirlər”, – deyə Mixaylıçenko bildirib.

Jurnalist əlavə edib ki, onlar, ehtimal ki, həm də narsist idilər və keçmiş futbolçu da bununla razılaşıb: “Bəli, eynilə o rus əclaflar kimi”.

Mixayliçenko Kiyev “Dinamo”su ilə üçqat SSRİ çempionudur. O, Sovet millisi ilə 1988-ci il Olimpiadasının qalibi və Avropa ikincisi olub.

Aut.az