Basketbol

Əfsanədən daha 3 rekord

“Los-Anceles Leykers”in lideri Lebron Ceyms pley-offun birinci mərhələsinin “Hyuston Rokets”lə ikinci oyununda (101:94) parlaq çıxış edərək birdən-birə üç NBA rekorduna imza atıb.

Aut.az xəbər verir ki, o, 40 yaşdan yuxarı basketbolçular arasında pley-off oyunlarında bir matça orta hesabla xal, ribaund və assist göstəricilərinə görə rekordların sahibidir. Beləliklə, Ceyms bu yaş qrupu üzrə hər üç əsas statistik kateqoriyada liderliyə yüksəlib.

“Rokets”lə ikinci görüşdə Lebron 28 xal toplayıb, 8 ribaund edib və 7 assist verib. O, həm hücumda, həm də müdafiədə komandanın əsas fiquru olub. Luka Donçiç və Ostin Rivzin yoxluğunda “Leykers”in əsas hücum variantı məhz o olub.

Hazırda “Leykers” seriyada 2:0 hesabı ilə öndədir. Növbəti oyun 25 aprelə keçən gecə Hyustonda keçiriləcək.

Aut.az