Levandovskinin gələcəyi ilə bağlı təfərrüat bəlli oldu
Robert Levandovski daha bir il Kataloniya klubunda qala bilər.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb .
Nəşrin məlumatına görə, 37 yaşlı hücumçunun agenti tezliklə müştərisinin gələcəyini rəhbərliklə müzakirə edəcək.
Qeyd olunur ki, veteranın peşəkarlığından məmnun qalan klub rəhbərliyi ona yeni bir illik müqavilə təklif etməyə hazırdır.
Xatırladaq ki, polşalı hücumçunun “Barselona” ilə hazırkı müqaviləsi bu yay başa çatır.
Nəşr əlavə edir ki, bir sıra Avropa klublarının və Səudiyyə Ərəbistanı çempionatının nümayəndələrinin marağına baxmayaraq, Robertin özü “Barselona”da qalmağa qarşı deyil .
Aut.az
