Azərbaycan futbolu

“Barselona” Levandoskiyə əvəzləyici tapdı: Süpriz ad

“Barselona” “Atletiko”nun hücumçusu Aleksander Serlotun xidmətində maraqlıdır.

Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, kataloniya klubunun idman departamenti Robert Levandovskinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda norveçli forvardın transferini nəzərdən keçirir.

Serlotun oyun üslubu “Barselona” rəhbərliyinin diqqətini çəkib. Klubda hesab edirlər ki, o, baş məşqçi Hansi Flikin taktiki sxeminə tez uyğunlaşa bilər.

30 yaşlı hücumçu cari mövsümdə “Atletiko” forması ilə bütün turnirlərdə 47 oyuna çıxaraq 17 qol vurub. “Transfermarkt” portalı onun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.