Azərbaycanın daha iki cüdoçusu Avropa çempionatına qələbə ilə başladı
Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.
Aut.az xəbər verir ki, Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib.
Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib.
Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.
