Azərbaycan futbolu

“Zaqatala” məğlub oldu

Azərbaycan I Liqasında XXII tur start götürüb.

Aut.az xəbər verir ki, turun ilk günündə iki oyun keçirilib.

MOİK Binədə “Zaqatala”nı qəbul edib. “Hərbçilər” bölgə təmsilçisi ilə görüşdə 3 xala sevinib.

“Şahdağ Qusar” ilə “Cəbrayıl”ın Şamaxıda baş turan duelində isə qalib müəyyənləşməyib.

Turun qalan üç oyunu keçiriləcək.

Azərbaycan I Liqası
XXII tur
15 aprel

MOİK – “Zaqatala” 2:1
Qollar
: B.Soltanov, 8. S.Fərəcov, 28 – R.İsmayılov, 18.

“Şahdağ Qusar” – “Cəbrayıl” 0:0