Ukrayna ikiqat dünya çempionunu “qara siyahı”ya saldı
Fiqurlu konkisürmə üzrə ikiqat dünya çempionu Yevgeniya Medvedeva Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına əlavə edilib.
Aut.az xəbər verir ki, Medvedeva Rusiya Federasiyasını açıq şəkildə dəstəkləməkdə və Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağa cəhd etməkdə ittiham olunur.
Buna səbəb kimi Medvedevanın Rusiyanın işğalı altında olan Krımın qondarma idman naziri Olqa Torubarova ilə görüşü əsas gətirilir.
Aut.az
