PSJ-dən yeni rekord
PSJ “Liverpul” üzərində növbəti qələbəsini qazanaraq (2:0) UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Aut.az xəbər verir ki, Paris təmsilçisi bununla yanaşı Fransa klubları üçün yeni rekord da müəyyənləşdirib. Belə ki, bu qarşılaşma PSJ üçün Çempionlar Liqasının pley-off mərhələsində ardıcıl məğlubiyyətsiz keçirdiyi 9-cu oyun olub.
Bu göstərici Fransa futbolu üçün rekord sayılır. Parislilər bu nəticə ilə “Lion” klubunun 20 ilə yaxın davam edən rekordunu geridə qoyub. “Aslanlar” 2004-cü ilin aprelindən 2006-cı ilin martına qədər turnirin pley-off mərhələsində ardıcıl səkkiz oyunda məğlub olmamışdı.
