Cavad ailəsini İrandan Mahaçqalaya köçürəcək?
Mahaçqalanın “Dinamo” klubunun iranlı yarımmüdafiəçisi Cavad Hüseynnecad ailəsinin Dağıstana köçməsi ilə bağlı məsələni klubun baş direktoru Şamil Qazızovla müzakirə etdiyini bildirib.
Aut.az xəbər verir ki, Cavad bu barədə “Sport24”-ün müxbiri Petr Şatrova açıqlamasında bildirib:
“Qazizov klubun ailəmin Rusiyaya köçməsinə kömək etməyə hazır olduğunu dedi. Soruşdu ki, onların Dağıstanda yaşamasını istəyirsən.
Bu barədə də danışdıq. Ailəmin Rusiyaya köçməsi barədə düşünürdüm. Əgər son qərarı versəm, kömək üçün Qazizova müraciət edəcəyəm. Hazırda ailəm təhlükəsizdir və doğma şəhərim də təsirlənməyib. Təəssüf ki, ölkənin qalan hissəsi haqqında eyni şeyi deyə bilmərəm. İran bombardman altındadır, müharibə gedir. Bu, bir çox insan üçün çox çətindir”.
Aut.az
