Almaniyaİngiltərə

Alman nəhəngi Bakıda poker edən futbolçu ilə danışıqlara başladı

“Bayern” “Nyukasl”ın hücumçusu Entoni Qordonun transferini nəzərdən keçirir.

Aut.az xəbər verir ki, alman klubu ilə oyunçunun nümayəndələri arasında çox konkret danışıqlar aparıldığı bildirilir. Klublar hələlik bir-biri ilə əlaqə saxlamayıblar.

Potensial transfer qiyməti 60 milyon avro civarında ola bilər.

Qordon bu mövsüm bütün turnirlərdə 46 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

O, Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la keçirilən oyunda poker etmişdi.

Aut.az