Basketbol

Lebron Ceymsdən tarixə düşən növbəti uğur

NBA-nın müntəzəm mövsümü çərçivəsində “Los Anceles Leykers” “Finiks Sans” üzərində qələbə qazanıb. Görüş 101:73 hesabı ilə başa çatıb.

Aut.az xəbər verir ki, qalib komandanın ən məhsuldar oyunçusu forvard Lebron Ceyms olub. O, 28 xal və 12 məhsuldar ötürmə ilə dabl-dabl edib.

41 yaşlı Lebron bu matç zamanı 12 min məhsuldar ötürmə həddinə çatıb. Bu göstərici NBA tarixində dördüncü ən yaxşı nəticədir. Ondan daha yüksək göstəriciyə malik olanlar isə Ceyson Kidd (12 091), Kris Pol (12 552) və Con Stoktondur (15 806).

Aut.az