Yeniyetmələr arasında cüdo üzrə Liqa yarışının I turu başlayır
15-17 aprel tarixlərində cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək.
Aut.az xəbər verir ki, turnirdə 100 klub və idman cəmiyyətindən olan 799 idmançı (651 oğlan, 148 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Cari ildə U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.
