Dünya futbolu

Mourinyo gələcəyi ilə bağlı qərarını açıqladı

“Benfika”nın baş məşqçisi Joze Mourinyo gələn mövsüm komandada qalmaq istədiyini bildirib.

Aut.az xəbər verir ki, onun sözləri ESPN tərəfindən yayımlanıb.

“Xorxe Mendeş mənim agentimdir, amma qərarı özüm verirəm. “Benfika”da qalmaq istədiyimə qərar verdim”.

Mütəxəssis klubu 2025-ci ilin sentyabrında təhvil alıb və onun hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Lakin ESPN-in qeyd etdiyi kimi, onun müqaviləsində bu yay komandadan ayrılmasına icazə verən bənd var. 63 yaşlı məşqçinin rəhbərliyi altında “Benfika” 38 oyun keçirib, 23 qələbə qazanıb, 7 heç-heçə edib və 8 məğlubiyyətlə üzləşib.

Aut.az